Elvin Mürsəliyev: Bu il mənə uğurlu oldu

«Cari mövsüm mənim üçün uğurlu keçdi. Çalışacağam ki, növbəti illərdə də qələbələrin davamını gətirəm». Bunu allsport.az saytına açıqlamasında yunan-roma güləşçiləri arasında milli komandanın aparıcı üzvü Elvin Mürsəliyev (80 kq) deyib.

Bu il Avropa və dünya çempionatlarının bürünc medalını qazanmış idmançı, gələn il ilk Avropa Oyunlarında fərqlənməyi qarşısına məqsəd qoyub:

«Gələn ay ölkə çempionatı keçiriləcək. Bu yarışda da özümü doğrutmağa çalışacağam. Məşqçilərin etimadını nə qədər çox qazansam, beynəlxalq yarışlarda bir o qədər çox çıxış edib, nəticə göstərərəm. Qarşıdakı ildə bizi böyük idman bayramı gözləyir. Hər birimizin istəyi Bakı-2015-də uğura yetişməkdir».

Həmin kateqoriyadan