“İnanıram ki, belə güləşib Paris olimpiadasında da qələbəmin davamını gətirəcəyəm”

Milli gimnastika arenasında Avropa olimpiya təsnifatının sonuncu günündə meydan sərbəst güləşçilərə verildi. Allsport.az saytı xəbər verir ki, yunan-Roma və qadınlardan fərqli, bu üsulda ümidlər doğrulur. Bu gün ilk müşdə Əliabbas Rzazadə (57 kq) gəldi. Yarımfinal qələbəsindən sonra o jurnalistlərə bunu dedi:

“Bütün azarkeşlərə öz minnətdarlığımı bildirirəm – istər tribuna qarşısında olsun, istərsə də televiziya. Doğma divarlar arasında güləşmək həqiqətən də ayrı hisdir, böyük motivasiya verir. Yarışa güclü hazırlaşmışdıq. Cağ olsun, Cəbrayıl və Xetaq müəllim.

Qarşıma məqsəd qoydum. Allaha şükürlər olsun ki, olimpiya oyunlarına lisenziyanı təmin etdim. Qarşıda məni daha çətin sınaq gözləyir. İnanıram ki, belə güləşib Paris olimpiadasında da qələbəmin davamını gətirəcəyəm.

Bu gün finallada döşəyə çıxan ilk mən oldum. Allahın köməkliyi ilə ayağım düşərli olar, digər 4 komanda yoldaşım da olimpiya oyunlarına vəsiqə qazanar”.

Həmin kateqoriyadan