“Bu cür davamlı dəstək olacaqsa, Parisdə 1 deyil, 1 neçə qızıl medal qazana bilərik”

Milli gimnastika arenasında Avropa olimpiya təsnifatının sonuncu günündə sərbəst güləşçimiz Osman Nurməhəmmədov (86 kq) yarımfinalda ukraynalı Vasil Mixailovu yenərək, bu yarışda millimizə 4-cü vəsiqəni qazandırdı. Allsport.az saytı xəbər verir ki, həlledici titaşmadan sonra o sevincini jurnalistlərlə bölüşdü:

“Azərbaycan, Bakı mənim 2-ci vətənimdir. 8 ildir burada yaşayıram. Bura məni mənəvi böyük qardaşım – Şərif Şərifov gətirib. Məşqçilər heyətinə minnətnətdarlığımı bildirirəm. Qarşıdakı hədəf olimpiya oyunlarıdır. Komanda göstərdi ki, yaxşı formadadır.

Bu cür davamlı dəstək olacaqsa, Parisdə 1 deyil, 1 neçə qızıl medal qazana bilərik. Yunan-Roma və qadın güləşçilərimiz üzülməsinlər. Onların bəxti gətirmədi. İnanıram ki, dünya olimpiya təsnifatında onlar uğuru olacaqlar. Biz daim bir-birimizə dəstək veririk, yaxşı və dar gündə bir yerdəyik”

Həmin kateqoriyadan