“Paris-2024-də əsas hədəf qızıl medaldır”

Milli gimnastika arenasında Avropa olimpiya təsnifatının sonuncu günündə sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) bolqarıstanlı Alen Xubulova 7:0 qalib gələrək, milli komandanın maksimum nəticəsini təmin etdi. Həledici tutaşmadan sonra legionçumuz allsport.az saytına bunu dedi:

“Sözsüz ki, final görüşü öncəsi gərginlik vardı. Federasiya rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər və komanda qarşısında məsuliyyət vardı. Onlar uğur üçün əlindən gələni etmişdilər. Əsas motivasiyadır. Var qüvvəmi ortaya qoyub olimpiya oyunlarına vəsiqə qazandım.

Paris-2024-də əsas hədəf qızıl medaldır. Bu, bütün idmançıları arzusudur. Bütün köklənmə ona yönəlib. Rəqibləri dəyərləndirmək lazımdır. Hamısı ilə eyni ruhda güləşmək lazımdır. Baş məşqçiyə, bütün heyətə, federasiyaya və azarkeşlərə təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan