Avropa olimpiya təsnifatı kimlər çıxış edəcək?

5-7 aprelində Milli gimnastika arenasında güləş üzrə olimpiya təsnifatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi 14 güləşçi təmsil edəcək.
Aprelin 5-də yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Millinin 4 üzvü – Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) ilk yarış günündə o limpiadaya lisenziya qazanmağa çalışacaq.

Növbəti gün qadın güləşi üzrə millinin 5 üzvü xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi bu növdə təmsil edəcək.

Son yarış günündə sıra sərbəst güləşçilərə keçəcək. Millinin 5 üzvü – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) “doğma divarlar” arasında azarkeşləri sevindirməyə çalışacaq.

Xatırladaq ki, Avropa olimpiya təsnifatında hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.

Həmin kateqoriyadan