- Baxış sayı: 45
- 23 Aprel 2024 10:26
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Türkiyə PTT 1-ci liqasında 22-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budaq və Cavid İmamverdiyevin komandaları – müvafiq olaraq “Qaziantep BB” ilə “Elazığspor” bir-biri ilə qarşılaşıb.
Matç “Qaziantep BB” klubunun 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb. Hər iki futbolçumuz meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Elazığspor” hazırda 27 xalla 11-ci, “Qaziantep BB” isə 26 xalla 13-cüdür.