“Kobra” bu gün mərakeşli Əziz Kallahla döyüşəcək

Bu gün Azərbaycanı və “Qəbələ” İdman Klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan “Glory World Series”də rinqə çıxacaq.

Allsport.az xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamda baş tutacaq döyüşdə idmançımız mərakeşli Əziz Kallahla üz-üzə gələcək. Döyüş 23:00-da start götürəcək və Rusiyanın “Боец” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan