- Baxış sayı: 31
- 26 Aprel 2024 20:00
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Bu gün İslam oyunlarında boksçuların mübarizəsi başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.
+91 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı Nurlan Saparbayla qarşılaşıb. Döyüş ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb.
Rəqibini 2-ci raundda nokdauna da salan təmsilçimiz, yekunda 5:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Görüş mayın 15-də olacaq.