- Baxış sayı: 45
- 23 Aprel 2024 10:26
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Ufuq Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Samsunspor”la qarşılaşıb. Görüş futbolçumuzun klubunun 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Budaq start heyətdə meydana çıxsa da, 16-cı dəqiqədə əvəzlənməli olub.
Qeyd edək ki, “Qaziantep BB” hazırda 38 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.