Paracüdoçulara anti-dopinq təlimi

Yeniyetmə və gənc paracüdo millinin üzvlərinə anti-dopinq təlimi keçirilib. Allsport.az saytı xəbər verir ki, milli paralimpiya komitəsində baş tutan toplantıda milli anti-dopinq agentliyinin bu məsələ üzrə meneceri Lalə Hacıyeva idmançıları dopinqlə bağlı maarifləndirib.

Onlara dopinq nəzarəti prosesi, məkan məlumatlarının təqdim edilməsi, qadağan edilmiş maddələr və digər məsələlərlə bağlı ətraflı məlumat verilib. Sonra AMADA-nın əməkdaşlarını MPK prezidenti İlqar Rəhimov qəbul edib.

Həmin kateqoriyadan