Potensial rəqiblərimiz bəlli oldu

Futzal üzrə Azərbaycan yığması AÇ-2016-nın əsas seçmə mərhələsində qrup qalibi ola bilmədiyindən, növbəti qitə birinciliyinə birbaşa vəsiqə əldə etmək şansını da boşa verdi. Allsport.az xəbər verir ki, komandamızın AÇ-də iştirak etməsi üçün daha bir şansı var.

Belə ki, yığmamız digər qrup ikinciləri ilə birgə, pley-off oyunlarında qarşılaşmalı olacaq. Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Macarıstan, Belarus, Çexiya, Slovakiya, Qazaxıstan və Rumıniyanın da AÇ-yə yollanmaq şansı qalır. Bu isə o deməkdir ki, millimiz bu yığma komandalardan biri ilə qarşılaşmalı olacaq.

Azərbaycanın yer aldığı qrupun qalibi olan Ukrayna ilə yanaşı, Rusiya, İspaniya, İtaliya, Sloveniya, Xorvatiya və Portuqaliya AÇ-yə birbaşa vəsiqəni təmin edib. Serbiya isə növbəti qitə birinciliyinə ev sahibliyi edəcəyindən, seçmə mərhələdə iştirak etmir.

Həmin kateqoriyadan