“Qarabağ”ın rəqibi səfərdə “Torino”ya uduzub

İtaliya “A Seriyası”ında 7-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Fiorentina” səfərdə “Torino” ilə qarşılaşıb.

“Bənövşəyilər” Ağdan komandası üzərində qələbənin (5:1) davamını daxili çempionatda gətirə bilməyiblər: fioretinalılar Turin təmsilçisinə məğlub olub – 1:2.

Qeyd edək ki, bir oyunu təxirə salınmış “Fiorentina” hazırda 8 xalla 20 klub arasında 14-cü pillədədir.

Həmin kateqoriyadan