“Ağlamaq istəyirəm”

“İnter”in hücumçusu və kapitanı Lautaro Martinez “Milan” üzərində qələbəni (2:1) və Skudetto qazanmasını şərh edib.

Allsport.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:

“Mən ağlamaq istəyirəm, çünki biz çox çalışdıq, çox zəhmət çəkdik, bu sevincə layiqik. Çempionluğu Argentinadakı ailəmə, övladlarıma, komanda yoldaşlarıma və bütün azarkeşlərə həsr edirəm.

Futbolda udmaq da, məğlub olmaq da olar, amma özümü 2-qat xoşbəxt hiss edirəm. Uşaqlara dedim ki, indiyə qədər heç vaxt görünməmiş vəziyyətdəyik, səfərdə qalib gəlmək üçün bu fürsətdən maksimum yararlanmalıydıq”.

Həmin kateqoriyadan