“Onunla danışdım və üzr istədi”

“Barselona”nın müdafiəçisi Ronald Arauxo çempionlar liqasının 1/4 final mərhələsinin cavab oyununda PSJ-yə məğlubiyyətdən (1:4) və komandasının turniri tərk etməsindən sonra komanda yoldaşı İlkay Gündoğanın dediklərindən danışıb.

Allsport.az xəbər verir ki, 29-cu dəqiqədə 25 yaşlı Arauxo parisli futbolçu Bredli Barkolu cərimə meydançası yaxınlığında yıxaraq, təkbətək vəziyyətdə qaydanı pozub və birbaşa qırmızı vərəqə alıb.

Gündoğan matçdan sonra Ronaldın uzaqlaşdırılmasının PSJ ilə oyunu öldürdüyünü deyib.

“İlkayla artıq hər şeyi aydınlaşdırmışıq. Onunla danışdım və üzr istədi. Hər şey yaxşıdır. Bizim üçün kədərli bir həftə oldu, amma mən ruhən güclüyəm. Çox çalışıram” – “Mundo Deportivo” Araujodan sitat gətirir.

Həmin kateqoriyadan