Rüfət Dadaşov “Moyzelvits”i məğlubiyyətdən qurtarıb

Almaniyanın Şimal-Şərq Regional Liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşovun klubu “Moyzelvits” səfərdə Leypsiq “Lokomotiv”i ilə qarşılaşıb.

Bu matçda qalib müəyyənləşməyib – 1:1. Görüşə start heyətdə başlayan həmvətənimiz 90 dəqiqə meydanda olub. 21-ci dəqiqədən etibarən məğlub duruma düşən komandasının yeganə qolunu da Rüfət Dadaşov vurub. O, 88-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, 10 turdan sonra “Moyzelvits” cəmi 5 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan