Rüfət Dadaşovun qolu “Moyzelvits”ə kömək etmədi

Almaniyanın Şimal-Şərq Regional Liqasında 5-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun oynadığı “Moyzelvits” klubu doğma meydanda “Herta Berlin II” ilə qarşılaşıb.

“Qara-qırmızılar”bu matçda məğlub olublar – 1:3. Futbolçumuz start heyətdə meydana çıxıb və yenə 90 dəqiqə oynayıb. Komandasının yeganə qolunu da 47-ci dəqiqədə Rüfət vurub.

5 turdan sonra “Moyzelvits” 2 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan