Sərbəst güləş üzrə yığmalar Firdovsi Umudovun rəhbərliyi ilə paytaxtda hazırlığını davam etdirir

Sərbəst güləş üzrə müxəlif yaş qrupları üzrə milli komandalarımız Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışındadır. Bahadırlarımızı qarşıda yqnə məsul yarışlar gözləyir. Bütün yığmaların baş məşqçisi Firdovsi Umudov allsport.az saytına açıqlamasında dedi ki, idmançılarımızda yüksək ovqat var, İslam oyunlarında böyük qələbə onları daha ruhlandırıb, yeni zəfərlər üçün təkan verib.

Ustalardan ibarət millimiz gələn ayın əvəlində Dağıstanın Kaspiyski şəhərində 5-qat dünya çempionu Əli Əliyevin xatirə yarışında qüvvəsini sınayacaq. Sonra komandamız Bakıda Qızıl qran-pridə mübarizə aparacaq. Daha sonra güləşçilərimizi avqustda Parisdə dünya çempionatı gözləyir.

Həmin kateqoriyadan