- Baxış sayı: 15
- 22 Sentyabr 2026 21:24
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Türkiyənin 1-ci liqasında mübarizə aparan “Kayserispor”a FİFA tərəfindən yeni transfer qadağası tətbiq edilib.
Allsport.az xəbər verir ki, buna səbəb klubun sabiq futbolçusu Karlos Mane qarşısında olan 75 min avro məbləğində borcudur.
Bu işlə bağlı tətbiq olunan qadağa ilə klubun FIFA tərəfindən aldığı transfer qadağalarının sayı 4-ə yüksəlib.
Karlos Mane əvvəl də FIFA-ya 70 min avro məbləğində alacağı ilə bağlı müraciət edib və həmin ödəniş həyata keçirilib.
Bildirilib ki, futbolçunun FİFA-ya daha bir müraciətinin də yaxın günlərdə həll olunması gözlənilir. Sözügedən müraciətin də 75 min avro məbləğində olduğu öyrənilib.