- Baxış sayı: 50
- 10 Noyabr 2026 22:07
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

“Neftçi” basketbol klubu monteneqrolu hücumçu Miliç Starovlah ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, karyerası ərzində müxtəlif ölkələrin klublarında çıxış etmiş 200 sm boya malik 28 yaşlı təcrübəli basketbolçu Adriatik Liqasının (ABA league) “Buduçnost” və “Mornar” kimi tanınmış komandalarının da formasını geyinib.
Monteneqro millisinin sabiq üzvünün son klubu Macarıstan “Alba Fehervar”ı olub.