Gənc kayak və kanoeçilər üçün beynəlxalq təlim

Gənc kayak və kanoeçilər üçün beynəlxalq təlim

Azərbaycanda gənc kayak və kanoeçilər üçün beynəlxalq təlim düşərgəsi təşkil olunub.

Allsport.az xəbər verir ki, Paddle Europe və Azərbaycan su idmanı növləri federasiyasının təşkilatçılığı ilə sprint üzrə idmançıların inkişafı təlim düşərgəsi keçirilib.

Sentyabrın 25-dən oktyabrın 1-dək davam edən düşərgəyə 15-18 yaşlı kayak və kanoeçilər, həmçinin onların məşqçiləri cəlb olunublar. Təlimlər “Kür” olimpiya tədris-idman mərkəzində təşkil edilib.

Düşərgə çərçivəsində iştirakçılar kanoe və kayak sprint üzrə texniki və taktiki hazırlıq, fiziki və psixoloji hazırlıq, start sistemi və yarışların təhlili ilə bağlı nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.

Təlimlərə Serbiya milli komandasının sprint üzrə məşqçisi, kayak sprint mütəxəssisi Uros Pavloviç rəhbərlik edib. Uzun illər Serbiya millisində çalışan mütəxəssis beynəlxalq səviyyəli idmançılarla işləyib. Pavloviç 2018-ci ildə Serbiyada kayak və kanoe üzrə ilin ən uğurlu məşqçisi seçilib.

Həmin kateqoriyadan