Əli Əsədov DSİF-in prezidenti ilə görüşüb

Əli Əsədov DSİF-in prezidenti ilə görüşüb

Azərbaycanın baş naziri Əli Əsədov dünya su idmanı federasiyasının (DSİF) prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.

Allsport.az xəbər verir ki, görüşdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan üzgüçülük federasiyasının prezidenti Zaur Əliyev də iştirak ediblər.

Görüş zamanı Bakıda ilk dəfə keçiriləcək üzgüçülük üzrə dünya kubokunun əhəmiyyəti vurğulanıb. Yarışın Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmləndirilməsinə və üzgüçülüyün ölkədə daha da inkişafına töhfə verəcəyi qeyd olunub.

Üzgüçülük üzrə dünya kuboku oktyabrın 3-də Bakı su idmanı sarayında keçiriləcək. Azərbaycanı yarışda 15 üzgüçü təmsil edəcək.

Həmin kateqoriyadan