- Baxış sayı: 53
- 01 Oktyabr 2026 18:56
- Baxış sayı: 92
- Oktyabr 01, 2026
- 0

“Mingəçevir reqatası-2026” beynəlxalq turnirində ikinci yarış günü başa çatıb.
Allsport.az xəbər verir ki, turnirin ikinci günündə “Kür” olimpiya tədris-idman mərkəzində 8 dəst medal uğrunda mübarizə aparılıb.
Azərbaycan komandası günü 3 qızıl, 1 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 7 medalla başa vurub.
Qızıl medalları 2 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov, 1 nəfərlik akademik avarçəkmədə 1500 metr məsafədə (2008-2009) Azər İlyasov və 1 nəfərlik kayakda 1000 metr məsafədə (2008-2009) Əlimurad Hacızadə qazanıblar.
Gümüş medala 2 nəfərlik kayak qayığında 1000 metr məsafədə (2010-2011) Elmir Tarverdiyev – Mustafa Vəlizadə layiq görülüblər.
Bürünc medalları isə 2 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Nuran Rəhimli – Elvin Əliyev, 1 nəfərlik kanoedə 1000 metr məsafədə (2008-2009) Hüseyn Səmədli və 2 nəfərlik akademik avarçəkmədə 1500 metr məsafədə (2010-2011) Məhəmməd Həsənov – İlyas İbrahimov dueti qazanıb.
“Mingəçevir reqatası-2026” beynəlxalq turnirinə sentyabrın 29-da Füzulidəki Köndələn su anbarında start verilib. Yarışın ilk günündə Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.
12 ölkədən 100-dən çox idmançının iştirak etdiyi turnirə oktyabrın 1-də yekun vurulacaq.