Aftandil Hacıyev: Hələ hazır deyilik

“Toplanış çərçivəsində ilk oyunumuz idi. Əsasən gənc oyunçularımıza şans verdik. Təcrübəli futbolçularımızın bir neçəsi komandaya yeni qoşulub və onlar hələ ki oynamağa tam hazır deyil”.

Allsport.az saytı xəbər verir ki, bü sözü “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstan toplanışında yerli “Lokomotiv”ə 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. O, rəqibdən fərqli olaraq, komandasının hazırlıqda ilk mərhələdə olduğunu qeyd edib:

“Bolqarıstan çempionatının təqviminə uyğun olaraq, rəqib bizimlə müqayisədə daha hazırlıqlı idi. Bununla belə, oyuna nəzarət etməyə çalışırdıq. Sadəcə, gənc oyunçularımızın təcrübəsi çatmadı ki, rəqib qapısı qarşısında daha təhlükəli epizodlar yaradaq”.

Həmin kateqoriyadan