“Arsenal”ın fəxri prezidenti vəfat edib

“Arsenal”ın fəxri prezidenti vəfat edib

“Arsenal” klubunun fəxri prezidenti Ken Fryar 93 yaşında vəfat edib.

Allsport.az xəbər verir ki, o, həyatının 76 ilini “Arsenal”a həsr edib.

Fryar 1950-ci ildə klubda bilet kassasında işə başlayıb. 1973-cü ildə katib, 1983-cü ildə isə idarəedici direktor vəzifəsinə təyin olunub.

Məhz onun rəhbərliyi altında 2000-ci illərin əvvəllərində klubun yeni stadionu olan “Emirates”in tikintisi layihəsi həyata keçirilib. Bu arena “Arsenal”ın tarixi “Hayberi” stadionunu əvəz edib.

2020-ci ildə, 86 yaşında olarkən, direktorlar şurasını tərk edən Fryara ömürlük fəxri prezident statusu verilib.

“Emirates” stadionunun yaxınlığında ucaldılan altı heykəldən biri Ken Fryara həsr olunub.

Həmin kateqoriyadan