UEFA-dan qalmaqallı açıqlama: “AFFA-dan başqa hər kəs FİFA-da islahat tələb edir”

UEFA-dan qalmaqallı açıqlama: “AFFA-dan başqa hər kəs FİFA-da islahat tələb edir”

UEFA-nın rəsmi saytında bu qurumun prezidenti Aleksandr Çeferinin yenidən seçkilərdə iştirak etmək qərarına gəldiyi barədə mətbuat açıqlaması dərc edilib. Allsport.az saytı xəbər verir ki, otrada FİFA-ya qarşı tələblərin siyahısı da yer alıb. Bu bilgidə Azərbaycan və AFFA-ya vurğu edilir:

“Milli futbol assosiasiyalarına etimadlarına görə təşəkkür etmək istəyirəm. Son illərdə inanılmaz çətinliklərlə üzləşdik və vahid komanda olaraq bunların öhdəsindən gəldik. Son aylarda UEFA və bütün milli futbol assosiasiyaları (Azərbaycan futbol federasiyaları assosiasiyası istisna olmaqla) fundamental dəyişikliklər tələb edərək, FİFA-da islahatların aparılması üçün aydın istiqamətdə razılığa gəliblər”.

Mətbuat açıqlamasında deyilir: “Avropa futbolu FİFA-nın islahat gündəliyini müəyyən edir və liderliyin dəyişdirilməsinə çağırır. Berlin şəhərində keçirilən görüşdə UEFA prezidenti Aleksandr Çeferin bütün 55 UEFA üzv assosiasiyasının prezidentlərinə və baş katiblərinə son müddətə namizədliyini irəli sürmək və 2027-ci ildən sonra təşkilata rəhbərlik etməyə davam etmək niyyətində olduğunu elan etdi.

Son aylarda onlar yekdilliklə ondan əvvəlki namizədliyini irəli sürməmək qərarını yenidən nəzərdən keçirməsini istədilər. Çeferin razılaşdı və 22 aprel 2027-ci ildə Astanada keçiriləcək 51-ci UEFA Konqresində seçkilərdə iştirak etmək niyyətini təsdiqlədi. Onun qərarı həmçinin Avropa futbolundakı digər maraqlı tərəflərin dəstək və təşviq ifadələrindən sonra verilib”.

Həmin kateqoriyadan