Viza ala bilmədilər

Viza ala bilmədilər

Rusiya qadınlardan ibarət idman gimnastikası millisinin üç üzvü viza ala bilmədikləri üçün dünya çempionatında iştirak edə bilməyəcəklər.

Allsport.az xəbər verir ki, Niderlandın Moskvadakı səfirliyi Ancelina Melnikova, Viktoriya Listunova və Anna Kalmykovaya viza verməkdən imtina edib.

Beləliklə, gimnastlar oktyabrın 17-dən 25-dək Rotterdamda keçiriləcək dünya çempionatını buraxacaqlar.

Hazırda Rusiya millisinin daha beş üzvünün – Lyudmila Roşina, Milana Kayumova, İlya Zayka, Saveli Sedyin və Məhəmmədcan Yakubovun viza müraciətləri ilə bağlı qərar gözlənilir.

Rusiya gimnastika federasiyası Niderland hakimiyyətinin qərarını tənqid edib. Qurum bunu rusiyalı idmançıların ayrı-seçkiliyə məruz qalması və dünya çempionatında medal, eləcə də olimpiya oyunlarına lisenziya uğrunda mübarizədə bərabər imkanların pozulması kimi qiymətləndirib.

Federasiya yaranmış vəziyyətə və bunun olimpiya oyunlarına vəsiqə uğrunda mübarizəyə təsirinə qiymət verilməsi üçün beynəlxalq olimpiya komitəsinə və dünya gimnastikasına müraciət edəcəyini açıqlayıb.

Həmin kateqoriyadan