Sıradan çıxdı

Sıradan çıxdı

“Lion”un belçikalı hücumçusu Lois Openda ağır zədə alaraq uzun müddətə meydanlardan uzaq qalıb.

Allsport.az xəbər verir ki, keçmiş klubu “Lans”a qarşı səfər matçında forma geyinən təcrübəli forvardın incik sümüyü sınıb.

Oyunda “Lans”ın müdafiəçisi İsmaelo Qaniu ilə sərt toqquşmadan sonra ikinci hissədə meydanı ağsarayaraq tərk edən futbolçu daha sonra stadionu tərk etmək məcburiyyətində qalıb. Oyunçunun ən azı bir ay, növbəti beynəlxalq fasiləyə qədər forma geyinə bilməyəcəyi dəqiqləşib.

Həmin kateqoriyadan