“İkili mübarizədən qalib çıxmalıyıq”

“İkili mübarizədən qalib çıxmalıyıq”

“Sabah” çempionlar liqasının əsas mərhələsinin ilk oyununda Bakı olimpiya stadionunda Çex Respublikasının “Slaviya” klubunu qonaq edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas Praqa təmsilçisi barədə bunu dedi:

“3 xalı hədəfləmişik. Bunun üçün əlimizdən gələni edəcəyik. Rəqib çox yaxşı komandadır. Fiziki cəhətdəndayanıqlı, daim basqı edəndir. Bütün mövqeləri güclüdür. 5-6 ötürmədən sonra təhlükəli vəziyyət yaradırlar.

Bunun üçün ikili mübarizədən qalib çıxmalıyıq. Bu, çempionlar liqasıdır, burada asan rəqib olmur. Oyundan oyuna artırmalıyıq, təcrübə toplamalıyıq. Təbii ki, xallar qazanmaq da hədəfimizdədir”.

Həmin kateqoriyadan