Dünya çempionluğu uğrunda döyüşə çıxacaq

Dünya çempionluğu uğrunda döyüşə çıxacaq

Avstraliyalı boksçu Tim Tszyu dünya çempionluğu uğrunda döyüşə çıxacaq.

Allsport.az xəbər verir ki, o, kubalı Erislandi Lara ilə qarşılaşacaq.

Döyüşdə VBA versiyası üzrə orta çəki dərəcəsində dünya çempionu titulu uğrunda mübarizə aparılacaq. Görüşün keçiriləcəyi tarix və məkan hələ açıqlanmayıb. İnsayderlərin məlumatına görə, döyüş noyabrın sonunda Avstraliyada baş tutacaq.

43 yaşlı Lara peşəkar karyerası ərzində 32 qələbə qazanıb, 3 dəfə məğlub olub və 3 heç-heçə edib. O, 2023-cü ildən VBA çempionluq kəmərinin sahibidir. Tim Tszyunun hesabında isə 28 qələbə və 3 məğlubiyyət var. Avstraliyalı son döyüşündə amerikalı Errol Spensi məğlub edib.

Həmin kateqoriyadan