Millimiz Qazaxıstana yollanıb

Millimiz Qazaxıstana yollanıb

Qadın güləşi üzrə milli komandamızın üzvləri Qazaxıstana yollanıb.

Allsport.az xəbər verir ki, böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq) və Birgül Soltanovadan (65 kq) ibarət heyət oktyabrın 12-dən Almatıda dünya çempionatına hazırlıq məqsədilə son təlim-məşq toplanışına başlayıb.

Ayın 24-dək davam edəcək hazırlıq prosesi Qazaxıstan və Rumıniya yığmaları ilə birgə təşkil olunub. U-23 dünya çempionatı başa çatdıqdan sonra baş məşqçi əvəzi Toğrul Əsgərov da toplanışa qatılacaq. 

Hazırlıq prosesində taktiki-texniki çalışmalara və rəqiblərin analizinə üstünlük verilir. Toplanış bitdikdən sonra komanda Almatıdan Astanaya yollanacaq.

Mundialda qadın güləşi üzrə yarış 27-30 oktyabrda keçiriləcək.

Həmin kateqoriyadan