- Baxış sayı: 47
- 13 Oktyabr 2026 21:28
- Baxış sayı: 392
- Oktyabr 12, 2026
- 0

“Gəncə” basketbol klubunun baş məşqçisi Martin Knejeviç FİBA Avropa kubokunda Yunanıstanın “Kolossos” komandasına 62:80 hesabı ilə uduzduqları görüşü şərh edib.
Allsport.az xəbər verir ki, mütəxəssis açıqlamasında hücumdakı problemlərin nəticəyə təsir etdiyini bildirib:
“Gəncə basketbolunun tarixində bir ilk yaşandı. Komandamız bu gün FİBA Avropa kubokunda doğma meydanda oynadı. Möhtəşəm azarkeş dəstəyi vardı. Azarkeşlərimizə minnətdarıq. Hücumda istədiyimiz kimi oynaya bilmədik. Müdafiədə isə əksinə, yaxşı çıxış etdik. Oyun ərzində bir neçə dəfə hesab fərqini azaltmağı bacardıq. Amma hücum xəttində istədiklərimizi həyata keçirə bilmədiyimiz üçün belə nəticə alındı. Oyunu təhlil edəcəyik”.
Gəncə idman sarayında keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin turnirdə ardıcıl ikinci məğlubiyyəti olub. “Gəncə” ilk turda Türkiyənin “Əsənlər Ərokspor” klubuna səfərdə 63:92 hesabı ilə uduzub.