- Baxış sayı: 38
- 13 Oktyabr 2026 23:59
- Baxış sayı: 392
- Oktyabr 12, 2026
- 0

Bu gün Cex Respublikasının “Slaviya” klubu çempionlar liqasının əsas mərhələsinin 2-ci oyununda Bakı olimpiya stadionunda ev sahibi “Sabah”a 0:2 yenildi.
Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Yindrjix Trpişovski məğlubiyyətə belə aydınlıq gətirdi:
“Oyunda yanıldıq, əsasən ilk hissədə. Səbəblər çoxdur. Çox mənasız qollar buraxdıq. Halbuki biz də ən azı 2 dəfə fərqlənə bilərdik.
2-ci yarıda rəqib təzyiqi artırdı. “Sabah” orta sahədə bizi üstələdi. Düşünürdüm ki, bu oyunda sevinə bilərik. Amma bu baş vermədi.
İlk matçda “Lans”la bir qədər yaxşı çıxış etdik. Bu görüşdə gözlədiyimi görmədim. Səhvlərin üzərində işləyi “Fərərbağça” ilə oyunda tam gücümüzü ortaya qoymalıyıq”.