“Rəqibi yaxşı təhlil etmişdik”

“Rəqibi yaxşı təhlil etmişdik”

13 oktyabrda “Sabah” çempionlar liqasının əsas mərhələsinin 2-ci oyununda Bakı olimpiya stadionunda Çex Respublikasının “Slaviya” klubunu 2:0 üstələdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “bayquşlar”ın baş məşqçisi Valdas Dambraskuas ilk qələbə ilə bağlı bunu dedi:

“Biz təzyiqi ilk dəqiqələrdən etdik. Deyərdim ki, rəqibi yaxşı təhlil etmişdik, onun zəif yerləri məlum idi. “Slaviya” fiziki cəhətdən dayanıqlıdır. Belə rəqibləri üstələmək çətindir. Sevinirəm ki, futbolçular tapşırıqları yaxşı icra etdilər və oyunboyu əzmkarlıq göstərdilər.

Azarkeşləri şad etdik. Çempionlar liqası ən böyük klub yarısıdır. Tamaşaçıları stadionda gözləyirik. Daha çox gəlsinlər. Bizim yaxşı futbolçularımız var. Ölkə çempionatında çətin Qəbələ səfərindən sonra paytaxtda Dortmund “Borussiya” ilə görüşə hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan