- Baxış sayı: 49
- 12 Oktyabr 2026 15:54
- Baxış sayı: 29
- Oktyabr 12, 2026
- 0

Vladiqafqazda olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Allsport.az xəbər verir ki, ənənəvi yarışda 16 yaşadək güləşçilər mübarizə aparıb.
15 ölkədən 300-dən artıq yeniyetmənin çıxış etdiyi turnirdə ölkəmizi U-15 milli komandanın böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında təmsil edən güləşçilərdən ikisi uğurlu çıxış edib.
Avropa çempionu Elvin Necəfzadə 85 kq-da bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kq-da eyni uğura imza atıb.
Turnirdə III dərəcəli beynəlxalq hakim Nihad Muradov ədaləti qoruyub.