- Baxış sayı: 42
- 07 Oktyabr 2026 22:41
- Baxış sayı: 44
- Oktyabr 07, 2026
- 0

Məlum olduğu kimi, dünya futbolunun əfsanəsi Lionel Messi millidə vida oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, son dünya 2-cisi Benin futbolçularını Buenos-Ayresdə “Estadio Monumental”da qəbul edib.
39 yaşlı “İnter Mayami” hücumçusu komanda avtobusu stadiona girəndə göz yaşlarına boğulub. Bu anlar görüntüdə qeydə alınıb.
Argentinanın dövlət himni səsləndirilərkən çoxları, o cümlədən Messinin özü və baş məşqçi Lionel Skaloni ağlayıb.
Oyundan əvvəl Benin seçməsinin kapitanı – Azərbaycanın “Neftçi” klubunun legionçusu Sessi Almeyda ulduz futbolçuya xatirə hədiyyə təqdim edib.
10-cu dəqiqədə oyun dayandırılıb və argentinalı qəhrəmanın şərəfinə atəşfəşanlıq olub. Sonra matç davam edib və Messi meydanda qalıb. Argentina 3:0 hesabı ilə qalib gəlib.
Lionel 71-ci dəqiqədə 11-metrlik cərimə zərbəsindən fərqlənib. Bu, Messinin millidə 126-cı qolu olub.