- Baxış sayı: 41
- 12 Oktyabr 2026 23:26
- Baxış sayı: 30
- Oktyabr 12, 2026
- 0

”Mançester Siti” İngiltərə premyer liqasının VI turunun səfər matçında “Liverpul”a 3:0 hesabı ilə qalib gəlib.
Allsport.az xəbər verir ki, bu qələbə sayəsində “şəhərlilər”in baş məşqçisi Entso Mareska çempionatda komandanın sükanı arxasında ilk 6 oyunda qalib gələn dördüncü mütəxəssis kimi tarixə düşüb.
Ona qədər belə bir uğura yalnız Karlo Ançelotti (“Çelsi”), Xosep Qvardiola (“Mançester Siti”) və Ole-Qunnar Sulşer (“Mançester Yunayted”) imza ata bilmişdilər.
“Mançester Siti” 6 turdan sonra “Arsenal”ı 3 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. Komanda növbəti turda “İpsviç”lə qarşılaşacaq.