Açılış mərasimi keçirilib

Açılış mərasimi keçirilib

“Gəncə open – 2026” beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, “Azərbaycan şahmat turu”nun təqviminə uyğun təşkil olunan yarışda 6 ölkədən 180 şahmatçı mübarizə aparır.

Gəncə idman sarayında keçirilən yarışın açılış mərasimində Azərbaycan şahmat federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov, festivalın direktoru Asif Həsənov və digər rəsmilər çıxış edərək turnirin regionda şahmatın inkişafına dəstək olduğunu deyib. Yarışın baş hakimi Lütfiyar Rüstəmov turnirin reqlamenti barədə məlumat verdikdən sonra ilk tura start verilib.

Yüksək reytinqli və təcrübəli ustaların yer aldığı “A” qrupunda 46 şahmatçı, daha kütləvi və gənc istedadların qüvvəsini sınadığı “B” qrupunda isə 134 şahmatçı qeydiyyatdan keçib.

11-18 oktyabr tarixlərini əhatə edən festival İsveçrə sistemi üzrə keçirilir. Oktyabrın 18-nə qədər davam edəcək gərgin və maraqlı partiyalardan sonra turnirin qalibləri müəyyən olunacaq və bağlanış mərasimində mükafatlandırılacaqlar.

Həmin kateqoriyadan