- Baxış sayı: 246
- 09 Oktyabr 2026 23:59
- Baxış sayı: 392
- Oktyabr 12, 2026
- 0

Oktyabrın 13-də Bakının Bakıxanov qəsəbəsində Respublika olimpiya idman liseyinin inzibati binası, sinif və yataq otaqları, yunan-Roma, sərbəst güləş və cüdo idman zalları, eləcə də yeməkxanası təmirdən sonra istifadəyə verilib.
Allsport.az saytı xəbər verir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov, həmçinin güləş, cüdo və boks federasiyalarının rəhbər şəxsləri, olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.