- Baxış sayı: 40
- 12 Oktyabr 2026 23:38
- Baxış sayı: 30
- Oktyabr 12, 2026
- 0

13 oktyabrda Bakı olimpiya stadionunda çempionlar liqasının əsas mərhələsinin ilk oyununda Çex Respublikasının “Slaviya” klubunu yerli “Sabah”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Praqa təmsilçisinin baş məşqçisi Yindrjix Trpişovski rəqib barədə bunu söylədi:
“”Sabah” yaxşı klubdur. Qısa müddətdə böyük uğura nail olublar. Rəqib yaxşı təşkilatlanıb, keyfiyyətli oyun göstərirlər. “Sabah”ı oyun üslubuna görə “Barselona”ya bənzədirəm. Futbolçular fərdi ustalıqlarını göstərməyə çalışırlar.
Biz də hazırlaşmışdıq, təcrübəmiz var. Bundan yararlanmağa çalışacağıq. Müəyyən zədəlilərimiz var. Onların boşluğunu doldurmağa çalışacağıq. Bakıya 2-ci səfərimdir.
İlk dəfə Libereç “Slovan”ı burada “Qarabağ”a qarşı çıxış etmişəm. O vaxtdan təqribən 10 il keçib, şəhər çox dəyişib. Sabah da yaxşı oyun görəcəksiz”.
Xatırladaq ki, Avropa liqasının qrupunda Cex təmsilçisi Bakıda 2:2 etmiş, öz meydanında 3:0 qalib gəlmişdi.