“Topçular”da 2 itki birdən

“Topçular”da 2 itki birdən

“Arsenal”ın heyətində ciddi itkilər baş verib.

Allsport.az xəbər verir ki, müdafiəçi Pyero İnkapye ilə yarımmüdafiəçi Martin Subimendi sıradan çıxıb.

Hər iki futbolçu komandanın məşqi zamanı zədələnib. Onlar UEFA çempionlar liqası liqa mərhələsinin “Lill”lə matçında iştirak etməyəcəklər.

Martin Subimendi cari mövsümdə “topçular”ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Pyero İnkapye isə 5 oyunda iştirak edib.

Həmin kateqoriyadan