- Baxış sayı: 41
- 12 İyul 2026 20:09
- Baxış sayı: 132
- İyul 12, 2026
- 0

Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Männiku şəhərində keçirilən “Lapua” Avropa kubokunda uğurlu çıxışı ilə yadda qalıb.
Allsport.az xəbər verir ki, təmsilçimiz 25 metr mərkəzi atəş açma növündə qızıl medal qazanıb.
Ruslan Lunev təsnifat mərhələsində 583 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və birinci yeri tutub. Bununla da o, Avropa kubokunun qalibi adına layiq görülüb.