Millimiz Slovakiyanı məğlub etdi

Millimiz Slovakiyanı məğlub etdi

Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 Avropa çempionatının “B” divizionunda ikinci turun oyunları baş tutub.

Allsport.az xəbər verir ki, Azərbaycanın oğlanlardan ibarət U-20 millisi ev sahibi Slovakiya yığması ilə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma basketbolçularımızın 72:66 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin heyətində Emanuel Aqbason 26 xal və 16 ribaundla görüşün ən məhsuldar oyunçusu olub.

Azərbaycan yığması qrup mərhələsində növbəti oyununu iyulun 14-də Bakı vaxtı ilə saat 22:30-da İrlandiya millisinə qarşı keçirəcək.

Həmin kateqoriyadan