- Baxış sayı: 45
- 16 Oktyabr 2026 23:16
- Baxış sayı: 104
- Oktyabr 16, 2026
- 0

Uimbldon 2026-da kişilərin fərdi yarışında finala yüksələn tennisçilər bəlli olub.
Allsport.az xəbər verir ki, ilk yarımfinalda Almaniya təmsilçisi Aleksandr Zverev britaniyalı Artur Ferini 7:6 (7:0), 6:2, 6:4 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.
Digər yarımfinalda isə turnirin son qalibi və dünya reytinqinin lideri Yannik Sinner serbiyalı Novak Cokoviçi 6:4, 6:4, 6:4 hesabı ilə üstələyərək finala yüksəlib.
Beləliklə, Uimbldonun finalında Aleksandr Zverev və Yannik Sinner üz-üzə gələcəklər.