- Baxış sayı: 56
- 05 Noyabr 2026 17:52
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

3×3 basketbol üzrə dünya qadın seriyasının Tokio mərhələsində “Neftçi”nin çıxışı başa çatıb.
Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi qrup mərhələsinin son oyununda Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib.
Hər iki görüşdə qələbə qazanan “Neftçi” qrup lideri kimi 1/4 finala yüksəlib. Bu mərhələdə rəqib Çinin “Beijing” klubu olub.
Gərgin keçən qarşılaşmada Azərbaycan təmsilçisi 17:20 hesabı ilə məğlub olaraq Tokio mərhələsində mübarizəni 1/4 finalda başa vurub.