Gimnastlarımız Portuqaliyada 12 medal qazandı

Gimnastlarımız Portuqaliyada 12 medal qazandı

Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi “SCALABISCUP” beynəlxalq turniri keçirilib.

Allsport.az xəbər verir ki, iyulun 9-11-də təşkil olunan yarışda Azərbaycanı hər iki növ üzrə müxtəlif yaş kateqoriyalarında ümumilikdə 13 gimnast təmsil edib.

Yığmamız turniri uğurla başa vuraraq ümumilikdə 12 medal əldə edib.

Batut gimnastikasında böyüklər arasında Maqsud Mahsudov (60.240 xal) və Selcan Mahsudova (57.190 xal) qızıl medal qazanıblar. Hüseyn Abbasov isə 57.730 xalla bürünc medala sahib çıxıb.

13-14 yaş kateqoriyasında Muhamməd Həsənli 49.350 xalla gümüş medal əldə edib.

15-16 yaş kateqoriyasında Ammar Baxşalıyev 54.540 xalla qızıl, Fərhad Mustafayev isə 51.470 xalla gümüş medal qazanıb. Ammar Baxşalıyev ikili mini-batut yarışlarında da 23.900 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq ikinci qızıl medalını əldə edib.

Tamblinq yarışlarında böyüklər arasında Bilal Qurbanov, Aleksey Karataşov və Hüseyn Əsədullayevdən ibarət Azərbaycan komandası 148.100 xalla komanda hesabında birinci yeri tutaraq qızıl medal qazanıb. Fərdi proqramda Bilal Qurbanov 46.200 xalla gümüş medala layiq görülüb.

13-14 yaş kateqoriyasında Sənan Rzazadə 22.600 xalla qızıl medal əldə edib.

15-16 yaş kateqoriyasında İlham Məsimov 84.400 xalla çempion olub, Riad Cavadov isə 83.900 xalla gümüş medala sahib çıxıb.

Həmin kateqoriyadan