Basketbol klubunun prezidenti faciəli şəkildə həlak oldu

Basketbol klubunun prezidenti faciəli şəkildə həlak oldu

Rusiyanın “Dinamo” (Primorye) basketbol klubunun prezidenti və baş məşqçisi Eduard Sandler faciəli şəkildə vəfat edib.

Allsport.az xəbər verir ki, hadisə Vladivostokda baş verib.

Məlumata görə, Sandlerin idarə etdiyi hidrosikl bəndə və ya qayalara çırpılıb. O, təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər həyatını itirib.

Sandler məşqçilik fəaliyyətinə 2014-cü ildə “Spartak-Primorye”də başlayıb. İlk mövsümündə komandanı superliqanın gümüş, Rusiya kubokunun isə bürünc medalına daşıyıb. 2023-cü ildə “Dinamo”ya rəhbərlik edən mütəxəssis 2023/2024 mövsümündə klubu tarixində ilk superliqa çempionluğuna aparıb.

Eduard Sandler baş məşqçi kimi superliqa və Rusiya kubokunda 209 rəsmi oyunda 144 qələbə qazanıb. O, ikiqat zuperliqa çempionu olmaqla yanaşı, Rusiyada üç fərqli komanda ilə müntəzəm mövsümün qalibi olan yeganə baş məşqçi idi.

Həmin kateqoriyadan