- Baxış sayı: 53
- 10 Dekabr 2024 22:16
- Baxış sayı: 100
- Dekabr 11, 2024
- 0
“Sabah” FİBA Avropa kubokunu növbəti oyununda İsveçdə “Norrçepinq Dolfins”ə 83:75 hesabı ilə qalib. Allsport.az xəbər verir ki, son ölkə çempionun baş məşqçisi Rimas Kurtinaytis oyunla bağlı bunu deyib:
“Qalib gəldiyimiz üçün şadam. Biz bu qələbəyə layiq idik! Təslim olmadıq. İntensiv məşqlərimiz oldu və bəhrəsini bu oyunda gördük. Lakin təəssüf ki, rotasiya ilə bağlı problemlər əvvəlki 3 oyunda təsirini göstərdi.
Qələbəyə yaxın olsaq da, yekunda cəmi 1 və 4 xal fərqi ilə uduzduğumuz oyunlar oldu. İsveçdə daha hiyləgər, gücümüzü düzgün bölüşdürərək oynadıq. Bu oyunda komandada irəliləyiş gördüm.
Düşünürəm ki, məğlub olduğumuz oyunlara baxmayaraq Azərbaycan basketbolunu Avropada layiqincə təmsil etdik. Növbəti mövsüm daha güclü olacağıq!”