Bakıda ilk dəfə aerobika gimnastikası

Gimnastika federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarını təşkil edəcək.

Allsport.az xəbər verir ki, sayca 9-cu olacaq yarış mayın 8-10-da milli gimnastika arenasında keçiriləcək.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar. Yarışda 35 ölkədən 735 idmançı iştirak edəcək.

Həmin kateqoriyadan