- Baxış sayı: 3
- 05 Noyabr 2026 15:48
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Əl-Nəsr”də çıxış edən Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurub.
Allsport.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, Ronaldu 2003-cü ildən Portuqaliya yığmasının formasını geyinib. O, 2016-cı ildə komanda ilə Avropa çempionatının, 2018/2019 və 2024/2025 mövsümlərində UEFA millətlər liqasının qalibi olub.
Təcrübəli forvard son olaraq UEFA millətlər liqasında Norveç yığması ilə keçirilən görüşdən (2:1) sonra Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etmişdi. Bunun ardınca federasiya futbolçuya bir aylıq cəza verib və 255 avro cərimələyib.