ACF prezidenti ilə görüşdə azərbaycanlı olimpiya çempionu arxada, legionçu öndə əyləşdirildi

ACF prezidenti ilə görüşdə azərbaycanlı olimpiya çempionu arxada, legionçu öndə əyləşdirildi

Azərbaycan cüdo federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev paytaxtıda keçirilən dünya çempionatında iştirak edən heyət üzvləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, o bu barədə rəsmi feysbuk hesabında paylaşım edib:

“Bakıda keçirilən cüdo üzrə dünya çempionatında iştirak edən cüdoçularımızla görüşdük. İdmançılarımızın əldə etdikləri qələbələri yüksək qiymətləndirdiyimizi, onların əzmkarlığının, peşəkarlığının və əsl idman ruhunun ölkəmizin idman nüfuzunun yüksəldilməsinə mühüm töhfə verdiyini bildirdik. Cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar və qələbələr arzuladıq!”

Azərbaycan təmsilçiləri dünya çempionatında 7 medal qazanıb. Görüşdə diqqət çəkən əsas məqam bu yarışda 7-ci yeri belə tuta bilməyən olimpiya çempionları Hidayət Heydərov ilə Zəlim Kotsoyevin məkanda tutduqları yerlərdir. Daim cəzalan azərbaycanlı titullu idmançı arxa cərgədə, ön sırada əyləşdirilib.

Həmin kateqoriyadan